QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xarici diplomatlar Şuşaya səfər ediblər

ADA-dan verilən məlumata görə, səfər zamanı xarici qonaqlar işğaldan azad olunmuş ərazilərdə işğalın ağır nəticələri ilə tanış olublar.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə təşkil olunan "Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2022" adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomat üçün Şuşa şəhərinə xüsusi səfər proqramı təşkil edilib.
ADA-dan verilən məlumata görə, səfər zamanı xarici qonaqlar işğaldan azad olunmuş ərazilərdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırım fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar.
Eyni zamanda, Ermənistanın beynəlxalq hüquqa zidd və qeyri-insani fəaliyyəti nəticəsində vaxtilə işğal altında olan ərazilərdə ciddi mina təhlükəsinin olduğu və minalanmış ərazilərin dəqiq xəritəsinin Azərbaycan tərəfinə hələ də verilmədiyi, postmüharibə dövründə 200-dən artıq Azərbaycan vətəndaşının, o cümlədən uşaqların və jurnalistlərin mina qurbanları olduğu xarici diplomatların diqqətinə çatdırılıb.
CƏMİYYƏT
AMEA alimlərin Şuşaya getmək adı ilə aldadılmasına münasibət bildirib