DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Qara dənizdən qaz hasilatına başlayır: Qazma gəmisi Sultanın şərəfinə adlandırıldı

Türkiyə Prezidenti qazılacaq 40 quyu ilə gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırmağı hədəflədiklərini bildirib.
Sputnik
BAKI, 13 iyun - Sputnik. Türkiyə Qara dənizdən qaz hasilatına 2023-cü ilin birinci rübündə başlayacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaz hasilatı üçün Qara dənizə ilk boruların suya endirilməsi mərasimində deyib.
O qeyd edib ki, birinci mərhələdə sutkada 10 milyon kubmetr təbii qaz hasil edilək əhalinin istifadəsinə veriləcək.
Türkiyə Prezidenti qazılacaq 40 quyu ilə gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırmağı hədəflədiklərini də vurğulayıb.
Bundan əlavə, ölkə başçısı Türkiyənin 4-cü qazma gəmisinin adının Əbdülhəmid Xan (34-cü Osmanlı sultanı II Əbdülhəmidin şərəfinə - red.) olaraq müəyyən edildiyini açıqlayıb.
Qeyd edək ki, 170 kilometrlik hissədə boruların çəkilməsinə 10 iyun tarixində başlanılıb. Kəmərin dərinliyi 2 km təşkil edir. Həmçinin, işlərin beş ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Sakarya yatağından əldə olunan qazdan istehlakçılar 2023-cü ilin əvvəlində istifadəyə başlamalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.