RUSİYA

Peskov: Bu, Putin üçün hər zaman əsas məsələ olub və olaraq qalır

Rusiya dövlət başçısının mətbuat katibi prezidentin iqtisadiyyat və ya sosial sahədə hər hansı yeni qərarlar açıqlaya biləcəyi ilə bağlı şərh verməyib.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Rusiyanın inkişafı, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması Rusiya Prezidenti Vladimir Putin üçün dəyişməz prioritetdir. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) ərəfəsində TASS-a müsahibəsində bildirib.
"Əlbəttə ki, prezidentimiz üçün əsas olan Rusiyanın inkişafı və vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Bu, onun üçün həmişə əsas əsas məsələ olub və olaraq qalır", - deyə Kremlin sözçüsü Putinin PBİF-in plenar sessiyasındakı beynəlxalq əməkdaşlıq və ya Rusiyanın sosial-iqtisadi inkişafına əsas diqqətin nədən ibarət olacağı sualına cavab verərkən deyib.
Eyni zamanda, Peskov dövlət başçısının iqtisadiyyat və ya sosial sahədə hər hansı yeni qərarlar açıqlaya biləcəyi ilə bağlı şərh verməyib.
"Gəlin çıxışı gözləyək", - deyə Peskov müvafiq suala cavab verib.
XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 15-18-də, Putinin iştirakı ilə plenar iclas isə iyunun 17-də keçiriləcək.
RUSİYA
Putin Rusiya iqtisadiyyatının taleyinə aydınlıq gətirib