İQTİSADİYYAT

Mərkəzi Bankın rəhbəri sığorta şirkətlərinin başçıları ilə görüşəcək

AMB-nin yeni sədrinin sığorta şirkətlərinin rəhbərləri ilə ilk görüşündə sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq.
Sputnik
BAKI, 13 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov iyunun 16-da sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək.
"APA-Economics"in əldə etdiyi məlumata görə, görüş zamanı Azərbaycanın sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq.
Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.
Xatırladaq ki, bu, AMB-nin yeni sədrinin sığorta şirkətlərinin rəhbərləri ilə ilk görüşüdür. AMB sədri bundan əvvəl mayın 4-də bank rəhbərləri ilə görüş keçirmişdi.
Taleh Tahir oğlu Kazımov Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.
Qeyd edək ki, buna qədər Mərkəzi Bankın sədri Elman Rüstəmov olub.
Taleh Kazımov buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub. Bununla bağlı bu gün Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
CƏMİYYƏT
Maaşlar da qalxdı, AMB-nin uçot dərəcələri də - Həftəlik icmal