BAKI, 12 iyun - Sputnik. Avropa Parlamentinin deputatı və Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski nüvə silahının Ukraynaya təhvil verilməsi çağırışı ilə Polşa xalqını təhlükə altına qoyur.
Bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova verib. Müvafiq yazı onun Telegram kanalında yer alıb.
Amerikanın ötürücü kəməri ilə idarə olunan Polşa siyasətçiləri ekstremist ideologiya nümayiş etdirir, nifrət yayır, münaqişələri qızışdırır və indi də planeti nüvə silahının yayılmaması rejiminin pozulması ilə hədələyirlər", - deyə Zaxarova bildirib.
Diplomat əlavə edib ki, Polşanın keçmiş xarici işlər naziri nüvə silahının Kiyevə verilməsinə dair çağırışları ilə Polşa xalqını təhlükə altında qoyur, onları "dünyanın nüvə əsasında yenidən bölüşdürülməsinə" cəlb edir.
Sikorski iyunun 12-də Qərbin Ukraynaya nüvə silahını təhvil vermək hüququna malik olduğunu bildirib. Deputat izah edib ki, Qərb ölkələri bu hüququ Rusiyanın guya Budapeşt Memorandumunun müddəalarını pozmasından sonra əldə ediblər.
Budapeşt Memorandumu 5 dekabr 1994-cü ildə Rusiya, ABŞ, Böyük Britaniya və Ukrayna tərəfindən imzalanıb. O, nüvə silahından imtina müqabilində Kiyevin təhlükəsizliyinə zəmanət verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.