İQTİSADİYYAT

Ölkənin ehtiyat aktivləri 1,6 milyard dollar məbləğində artıb

Mərkəzi Bankın məlumatında deyilir ki, bank sektorunun kreditləri kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri hesabına artıb.
Sputnik
BAKI, 12 iyun - Sputnik. Cari ilin yanvar-mart aylarında kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 9,7 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 254,7 milyon dollar azalıb. Bu barədə Azərtac Mərkəzi Banka istinadla xəbər yayıb.
Məlumata əsasən, depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 235,3 milyon dollar, xalis maliyyə öhdəlikləri 242,1 milyon dollar artıb.
Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (21,2 milyon dollar) hesabına artıb.
Bundan əlavə, neft-qaz sektorunun kreditləri (168,6 milyon dollar) dövlət kreditləri (61 milyon dollar), dövlət zəmanətli kreditlər (37,1 milyon dollar) və müəssisələrin kreditləri (9,2 milyon dollar) hesabına azalıb.
Bu ilin I rübü üzrə ölkənin ehtiyat aktivləri 1,6 milyard dollar məbləğində artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycanda inflyasiya müəyyən olunmuş səviyyədən yüksəkdir? - Milli Məclisdə müzakirə