BAKI, 12 iyun - Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıb.
"Red Bull"dan Maks Ferstappen birinci, onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü yeri tutub
© Sputnik / Murad Orujov
"Red Bull"dan Maks Ferstappen birinci, onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü yeri tutub.
Maks Ferstappen
© NATALIA KOLESNIKOVA
Mükafatı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
***
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasının pilotu Maks Ferstappen olub. Bakı qələbəsi onun karyerasında sayca 25-cidir.
Mərhələdə ikinci yeri “Red Bull”-un digər pilotu Serxio Peres qazanıb.
Podiumda üçüncü yerə isə “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel sahib olub.
Mərhələdə ikinci yeri “Red Bull”-un digər pilotu Serxio Peres qazanıb.
Podiumda üçüncü yerə isə “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel sahib olub.
***
"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış davam edir.
21-ci dövrədə "Ferrari"nin pilotu Şarl Leklerin mübarizəni dayandırmasından sonra lider dəyişib.
"Red Bull"dan Maks Ferstappen birinci pilləni ələ keçirib. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Uilyams"dan Corc Rassell üçüncü sıradadır.
***
"Haas" komandasının pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisində mübarizəni dayandırıb.
30 yaşlı sürücü bolidindəki problem ucbatından sonadək yarışa bilməyib.
Danimarkalı idmançının avtomobilinin mühərriki sıradan çıxıb.
***
“Ferrari” komandasının daha bir pilotu Şarl Lekler Bakıda keçirilən Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
"Belə ki, 21-ci dövrədə sürücünün bolidində problem aşkarlanıb.
Lekler avtomobilin mühərriki tüstülədiyi üçün mübarizəni dayandırıb.
***
"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış davam edir.
19 dövrədən sonra "Ferrari"nin pilotu Şarl Lekler liderdir.
"Red Bull"un pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres isə üçüncü pillədə qərarlaşıb.
***
“Ferrari” komandasının pilotu Karlos Sayns Bakıda keçirilən Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
İspaniyalı pilot 9-cu dövrədə bolidində problem aşkarlandığı üçün mübarizəni dayandırılmalı olub.
Bundan əlavə, "Uilyams" pilotu Nikolas Latifi startdakı səhvə görə 10 saniyəlik cərimə alıb.