BAKI, 11 iyun - Sputnik. Bakıda "Formula 1" Azərbaycan Qran Prisinin təsnifat mərhələsi başa çatıb. Onu Bakı mərhələsinin əsas yarışında poul-yerləri tutan Ferrari komandasının pilotu Çarlz Lekler qazanıb.
Bundan əlavə, o, "Formula 1" Azərbaycan Qran Prisidə iki dəfə poul qazanmağı bacaran ilk pilot olub.
Qeyd edək ki, Azərbaycan Qran Prisində bu gün ilk qəza da baş verib. Aston Martin komandasının kanadalı pilotu Lens Stroll ilk olaraq yeddinci döngədə səhv edərək qoruyucu maneəyə çırpılıb. Lakin çox keçmədən o trasa qayıda bilib.
Bir qədər sonra isə o, ikinci döngədə tam sürətlə sağ qabaq təkəri ilə qoruyucu maneəyə çırpılaraq idarə etdiyi bolidi əzib.
Qeyd edək ki, bazar günü Leklerlə birlikdə birinci sıralamada ikinci nəticə göstərən Red Bull komandasının pilotu Serxio Peres də start götürəcək.
Red Bull-dan Maks Ferstappen və Ferrari-dən Karlos Sayns yarışa ikinci sıradan başlayacaqlar.
Qeyd edək ki, bu mövsüm 6-cı dəfə Red Bull və Ferrari komandalarının pilotları start turunda ilk iki sıranı qazanıblar.
Bazar günü, iyunun 12-də "Formula 1" Azərbaycan Qran Prisinin əsas yarışı saat 15:00-da başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.