Bakı, 11 iyun — Sputnik. Sosial şəbəkələrdə xaricdən idarə olunan feyk hesablar vasitəsilə şantaj halları var.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev özünün sosial media hesabında məlumat verib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev
© Photo : AZƏRTAC
O bildirib ki, bununla bağlı artıq bir neçə şəxs müraciət edib. E.Hacıyev sosial şəbəkə üzvlərini diqqətli olmağa çağırıb:
"Sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü kommunikasiyadan çəkinməyi tövsiyə edirik".
Polis mayoru bildirib ki, bəzi dələduzlar danışıq, foto və videogörüntülər qeydə alınmaqla, onların sonradan dostluq hesabında olan başqa şəxslərə göndərilməməsi üçün ilkin 500-1000 avro tələb edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.