İDMAN

Azərbaycanın minifutbol yığması Avropa çempionu oldu

Bakı vaxtı ilə saat 22:15-də start götürəcək final oyununda millimiz Rumıniya seçməsi ilə üz-üzə gələcək.
Sputnik
BAKI, 11 iyun — Sputnik. Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.
"İdman TV" telekanalı vasitəsilə canlı yayımlanan görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.
Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.
Üçüncü yer uğrunda görüşdə isə Bolqarıstan Qazaxıstanı 4:1 hesabı ilə yenib.
Qeyd edək ki, Azərbaycan millisinin son 3 görüşündə yendiyi komandalar daha əvvəl Avropa çempionu olublar. Yığma yarımfinalda Qazaxıstana 3:2, 1/4 finalda Slovakiyaya 1:0 hesabı ilə qalib gəlib.
***
Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.
Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Yığma B qrupundakı ilk oyununda bu rəqibə 0:2 hesabı ilə uduzub.
Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.