DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Artıq ABŞ-a koronavirus testi olmadan getmək olar

Bazar günündən etibarən xaricdən hava yolu ilə ABŞ-a daxil olan səyahətçilər üçün COVID-19 testi tələbi ləğv ediləcək.
Sputnik
BAKI, 11 iyun — Sputnik. Bayden administrasiyası pandemiyanın ən uzun sürən səyahət məhdudiyyətlərindən birinə son qoyub. Bazar günündən etibarən xaricdən hava yolu ilə ABŞ-a daxil olan səyahətçilər üçün COVID-19 testi tələbi ləğv ediləcək. Bu barədə AZƏRTAC xəbər verir.
2021-ci ilin əvvəlində Tramp administrasiyası tərəfindən qoyulan və daha sonra Bayden administrasiyası tərəfindən sərtləşdirilən qayda, ABŞ-a daxil olan səyahətçilərdən uçuşlardan bir gün əvvəl mənfi koronavirus testinin sübutunu göstərmələrini tələb edirdi.
ABŞ-a quru sərhəd keçidləri vasitəsilə daxil olan səyahətçilər bu tələbdən azad idi.
Aviaşirkətlər və səyahət sənayesindəki digər böyük şirkətlər, beynəlxalq səfərlərə olan tələbata zərər verdiyini əsas gətirərək, ABŞ administrasiyasını dəfələrlə bu qaydaya son qoymağa çağırırdılar. Səyahət sənayesi pandemiyadan ən çox zərər çəkən sektorlardan biri olub.
Covid testi, arzxiv şəkli
“American Airlines” aviaşirkətinin prezidenti Robert Isom keçən həftə səyahət sənayesinin konfransında deyib ki, o, koronavirus testi tələbini müzakirə etmək üçün Vaşinqtonda siyasətçilərlə görüşüb və bu qaydanı “cəfəngiyyat” adlandırıb. Bu dəyişiklik bazar günü saat 12:01-də qüvvəyə minir.
Xatırladaq ki, koronavirusu pandemiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.
31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. 2020-ci ildən Azərbaycanla yanaşı, bütün dünya ölkələrində karantin elan olundu. Ölkələrarası quru və hava yolları bağlandı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.