BAKI, 10 iyun — Sputnik. Bu il XI sinfi 91188 şagird bitirir.
Təhsil Nazirliyinin yaydığı məlumata görə, 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirəcək: "IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır".
2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5896 məktəbəhazırlıq qrupunu 100 529 nəfər uşaq başa vurub.
Qeyd edək ki, bu gün "Abituriyent-12" jurnalınını təqdimatı olub.