BAKI, 10 iyun — Sputnik. Sankt-Peterburqda 31 yaşlı yerli sakin bədbəxt sevgi üzündən intihara cəhd edib. Bu barədə "Baza" Telegram kanalı məlumat yayıb.
Hadisə 2022-ci il iyunun 9-da Piskarevski prospektindəki Müqəddəs Məryəmin Müjdəsi kilsəsində baş verib. Mənbənin bildirdiyinə görə, kişi səcdəgahın yanına gedərək diz çöküb, xaç vurub və başına atəş açıb.
Hadisədən sonra zərərçəkmiş orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər gəncə lazımi tibbi yardım göstəriblər.
Mənbə bildirir ki, atəş travmatik tapançadan açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları kişinin bədbəxt sevgi ucbatından özünü güllələdiyi ehtimalını irəli sürüblər.
Bundan əvvəl Kuzbass sakininin ondan ayrılmaq istəyən qızın intiharını səhnələşdirdiyi məlum olub.