“Uzun illərdir Yevlax rayonunun Gülövşə kəndində yaşıyıram. Havalar isinən kimi başlıyırıq təmir-tikinti işləri görməyə. Bizim kəndimizdə hazırda əksər həyətlərdə ustalar çalışır. Mən də gəlmişəm qapı-pəncərə üçün müəyyən hissələr, tor almağa. Bazarda istədiyimiz malları, materialları tapa bilirik, qıtlıq yoxdur. Amma taxtada, əsasən də döşəmə materiallarının qiymətində müəyyən artım var. Dəmir materialları da nisbətən bahalaşıb.”
“İsti iqlimi olan bölgədə yaşayırıq, həyətdimizdə ağaclar əksək də, gündən qorunmaq üçün çardaq da tikməli oluruq. Mən də evimin qarşısında böyük çardaq hazırlatmaq fikirindəyəm. Ona görə gəlmişəm material almağa, amma qiymətlərdə dəyişiklik hiss edilir. Müxtəlif ölçülü dəmir boruların hər metrində 50 qəpik - 1 manata qədər qiymət artımı var. İndi kəndlərdə həyətlərin ətrafına daş hasarlardan çox, dəmir hasar çəkilir. Bu variant daşa, quma nisbətən ucuz başa gəlirdi. Amma dəmirin də bahalaşması planlarımızı pozur. Yenə də işimizi yarımçıq qoymamaq üçün lazım olanları alıb aparırıq.”