BAKI, 9 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin idmançılara dövlət başçısı tərəfindən təqaüdlərin təyin edilməsi və köçürülməsi ilə bağlı yanaşmaların unifikasiyasını işləyib hazırlamağı tapşırıb. Bu barədə TASS-ın Kremlin saytına istinadən yaydığı xəbərə görə, eyni zamanda belə ödənişlərin artırılması da təmin edilməlidir.
Cümə axşamı , belə bir göstəriş Prezident yanında Bədən Tərbiyəsi və İdman Şurasının aprel ayında keçirilmiş iclasının yekunlarına əsasən verilib.
Gimnast İvan Tixonov, arxiv şəkli
© AFP 2024 / MARTIN BUREAU
Rusiya Federasiyası hökumətinə "Rusiya Federasiyası Prezidentinin RF idmançılarına, məşqçilərinə və Rusiya Federasiyasının idman komandalarının digər mütəxəssislərinə təqaüdlərin təyin edilməsi və ödənilməsi ilə bağlı hüquqi tənzimləmə yanaşmalarını birləşdirməyə yönəlmiş, Olimpiya Oyunlarının, Paralimpiya Oyunlarının, beynəlxalq "Dostluq-84" yarışlarının qalib və mükafatçılarına, belə təqaüdlərin məbləğinin artırılmasını nəzərdə tutan fərman layihəsini təqdim etmək" tapşırılıb.
Bütün bunlar 31 oktyabr 2022-ci ilə qədər edilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.