BAKI, 9 iyun - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisiyə başsağılığı telegramı göndərib. Bu barədə Azərtac məlumat yayıb.
Teleqramda deyilir:
"Hörmətli cənab Prezident,
Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!"
Xatırladaq ki, İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində onlarla insan həlak olub və yaralanıb. Sərnişin qatarının ekskavatorla toqquşduğu bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.