BAKI, 9 iyun — Sputnik. Türkiyə Kiyevi Qara dəniz sahil zolağının minalardan təmizlənməsi zərurətinə inandırmağa çalışır ki, ərzaq daşıyan gəmilər limanları tərk edə bilsin. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Türkiyəli həmkarlarımızın Kiyevi bu prosesi uzatmağı dayandırmağın zəruriliyinə inandırmağa çalışmasını çox müsbət hesab edirəm. Rusiya hərbçiləri gəmilər üçün təhlükəsiz dəhlizlər təmin edir ki, Qara dəniz limanlarından yüklərin daşınmasını gözləyən istənilən gəmini tərk edə bilsinlər, bir şərtlə ki, ukraynalılar öz nəzarətləri altında sahilboyu zolağı təmizləsinlər. Ümid edirəm ki, ukraynalılar başa düşülən, ağlabatan və obyektiv olan bu məsələnin məhz bu əsasda həllinin alternativinin olmadığını anlayacaqlar və Qərbin onları dişlərinə qədər silahlandırmaq tələbləri ilə çıxış yolu axtarmağa son qoyacaqlar", - deyə Lavrov bildirib.
"Bu cür ritorikadan çoxdan əl çəkmək lazımdır, reytinqləri saxlamaq xatirinə mediada ehtirasları qızışdırmaq yox, konkret işlər görməliyik", - nazir əlavə edib.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Ukrayna öz ərazi sularında minalardan təmizləmə problemini həll edərsə, Rusiya Hərbi Dəniz Donanması Ukraynanın taxıl gəmilərinin maneəsiz keçidini təmin edəcək.
Nazir diqqəti ona yönəldib ki, Rusiya öz növbəsində ərzaq təhlükəsizliyi probleminin həlli üçün hər şeyi edib:
"Hazırda ərzaq təhlükəsizliyi mövzusunda səslənən təşəbbüslər nəzərə alınmalıdır. Rusiya tərəfi olaraq bizdən asılı olan hər şeyə çoxdan zəmanət vermişik. Amma Rusiya gəmiləri üçün limanlarının bağlanması, logistika və maliyyə zəncirlərinin sıxışdırılması ilə xeyli süni problemlər yaradan Qərb ölkələri, təbii ki, onlar üçün nəyin daha vacib olduğunu ciddi şəkildə düşünməlidir", - deyə Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.