DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda qatar faciəsi: 17 nəfər ölüb, onlarla yaralı var

Ölkənin Qırımızı Aypara Cəmiyyətinin nümayəndəsi bildirib ki, qatarın relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb.
Sputnik
BAKI, 8 iyun — Sputnik. İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb. Sərnişin qatarının ekskavatorla toqquşduğu bildirilir.
TASS xəbər verir ki, bu barədə İran Qırımızı Aypara Cəmiyyəti Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.
O, yaralılardan 15-nin vəziyyətinin ağır olduğunu qeyd edib.
Hadisə nəticəsində ölənlərin və yaralananların sayının artacağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub.
Hadisə yerinə xilas edicilər və tibb xidməti əməkdaşları cəlb olunublar.
Qəzanın səbəbi araşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.