BAKI, 8 iyun — Sputnik. Berlin polisi çərşənbə günü səhər saatlarında camaatın üstünə sürən şəxsin avtomobilində öz əməllərini etiraf edən məktub tapıb, bu, şübhəlinin hərəkətlərinin qəsdən törədildiyini göstərə bilər, Bild öz məlumatlarına istinadən xəbər verir.
Nəşr anonim müstəntiqdən sitat gətirib: “Bu, heç də təsadüf deyil, bu, kütləvi, soyuqqanlı qətldir”.
Bu məlumatın rəsmi təsdiqi yoxdur. Polis daha əvvəl bildirmişdi ki, onlar bütün mümkün variantları, o cümlədən qəsdən vurub qaçmağı nəzərdən keçirirlər.
Hadisə səhər saatlarında baş verib, avtomobili idarə edən şəxs bir qrup piyadanın üzərinə sürüb. Bir nəfər ölüb, 9 nəfər yaralanıb. Berlin xilasetmə xidmətindən jurnalistlərə bildiriblər ki, sürücünün özü də xəsarət alıb. Polisdən bildiriblər ki, o, saxlanılıb və hazırda dindirilməyə hazırlaşır.
KİV-in məlumatına görə, bir müəllim ölüb, bir qrup məktəbli xəsarət alıb. Polis qurbanlarla bağlı təfərrüatları açıqlamayıb və bildirib ki, asayiş keşikçiləri əvvəlcə yaxınlarına xəbər verməlidirlər. Eyni zamanda onların hamısı ağır bədən xəsarətləri alıb, 6 nəfərin həyatı təhlükə altındadır. Yüngül xəsarət alanların dəqiq sayı hələlik məlum deyil.
Şəhər polisinin mətbuat xidmətindən verilən məlumata görə, sürücü 29 yaşlı erməni əsilli Almaniya vətəndaşı olub.