İQTİSADİYYAT

Daha üç ölkədən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb

Həmin yerlərdən gələn yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub
Sputnik
BAKI, 8 iyun — Sputnik. ABŞ, Şotlandiya və Qvineyanın bəzi bölgələrindən quşçuluq məhsullarının idxalı müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatında, Şotlandiyanın Şetland adalarında və Qvineyanın Kindia əyalətində yüksək patogen quş qripi qeydə alınıb.
Həmin yerlərdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə ABŞ-dan, Şotlandiyadan və Qvineyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
CƏMİYYƏT
Kolbasa və sosiska alarkən ehtiyatlı olun! - AQTA yenə nöqsanlar aşkarladı