RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: Ukrayna hərbi texnikasının cəmləşdiyi 426 ərazi vurulub

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Kramatorsk vilayətində S-300 zenit-raket komplekslərinin üç buraxılış qurğusu zərərsizləşdirilib.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Rusiya Silahlı Qüvvələrinin artilleriyası Ukraynada keçirilən xüsusi əməliyyat zamanı 155 millimetrlik özüyeriyən artilleriya qurğusu (AKS) M109A3 və Norveç tərəfindən verilmiş ABŞ istehsalı olan iki M777 haubitsasını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
"Artilleriya zərbələri nəticəsində Norveç tərəfindən verilən bir ədəd 155 millimetrlik M109A3 özüyeriyən silah, ABŞ istehsalı olan iki ədəd 155 millimetrlik M777 haubitsa, həmçinin yeddi səhra artilleriya qurğusu və minaatan, o cümlədən 203 millimetrlik "Pion" özüyeriyən silahı məhv edilib".
Konaşenkovun sözlərinə görə, zərbələr nəticəsində "400-dən çox millətçi, 10 zirehli texnika, üç "Qrad" reaktiv yaylım atəşi sistemi, 10 xüsusi texnika, həmçinin Kramatorsk vilayətində S-300 zenit-raket komplekslərinin üç buraxılış qurğusu zərərsizləşdirilib.
O bildirib ki, cəmi bir gün ərzində raket və artilleriya qoşunları 39 komanda məntəqəsini, Ukrayna Silahlı Qüvvələrinin artilleriya bölmələrinin 47 atəş mövqeyini, həmçinin canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 426 ərazini vurub.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya ordusu Svyatogorsk şəhərinin azad edilməsini yekunlaşdırır - Konaşenkov