BAKI, 7 iyun — Sputnik. Qərbin Rusiyaya qarşı sanksiyaları səmərəsiz olub və dünyada aclığa səbəb olub. Bu barədə "Bloomberg"də dərc olunmuş məqalədə qeyd olunub.
Bildirilib ki, ABŞ və müttəfiqləri digər ölkələr üçün nəticələrini nəzərə almadan Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirib.
"Əlbəttə, əsasən şəxsi maraqlara əsaslanan sistemsiz addımlar həmişə uğursuzluğa məhkum olub", - məqalədə bildirilib.
Məqalənin müəllifi hesab edir ki, Qərb sanksiyaların köməyi ilə Rusiyaya təzyiq göstərə bilməyib.
"Kuba kimi zəif rejimlərə qarşı belə təsirsiz olan sanksiyalar, gözlənildiyi kimi, Rusiyanı dayandıra bilmədi, eyni zamanda bütün dünyada milyardlarla insanı inflyasiya və aclığa məruz qoydu", - deyə bildirilib.
BMT dəfələrlə taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsini bəyan edib, Qərb Rusiyanı dünya bazarlarına Ukrayna taxılının tədarükünə qarşı çıxmaqda ittiham edib. Moskva isə bu cür ittihamları qəti şəkildə rədd edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynadan taxıl ixracında heç bir problem olmadığını bildirib. Bundan əlavə, o, Moskvanın guya ərzaq daşınmasına mane olması ilə bağlı iddiaları blef adlandırıb. Dövlət başçısı Kiyevi gəmilərin təhlükəsiz keçməsi üçün limanları minalardan təmizləməyə çağırıb. Putin həmçinin qeyd edib ki, taxıl Dunay çayı boyunca Rumıniya, Macarıstan və Polşa vasitəsilə də ixrac edilə bilər. Ən ucuz yol Belarusdan keçir, lakin bunun üçün sanksiyaları aradan qaldırmaq lazımdır.