BAKI, 6 iyun - Sputnik. Rusiya silahlı qüvvələri "Donetsk Xalq Respublikası"nın Svyatogorsk şəhərinin və onun ətrafındakı ərazilərin azad edilməsini başa çatdırır. TASS xəbərr verir ki, bunu bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, bazar ertəsi səhər saatlarında ukraynalı millətçi qruplar Ukrayna qoşunlarının geri çəkilməsinin qarşısını almaq üçün Severski Donets çayı üzərindəki körpünü partladıblar:
“Rusiya bölmələrinin hücumu altında, Ukrayna Silahlı Qüvvələrinin 95-ci Hava-Desant-Hücum Briqadasının və Silahlı Qüvvələrin 81-ci Əlahiddə Hücum Briqadasının batalyonlarının qalıqları körpünün dağıdılması üzündən əsas qüvvə və təchizatla əlaqəsi kəsilib. Ukrayna qüvvələri hərbi texnikanı silahlarla birlikdə ataraq sahilboyu dağılıblar”.
General əlavə edib ki, 80-ə qədər ukraynalı hərbçi çayı üzərək keçib, Rusiya hərbçiləri isə onlara atəş açmayıb.
Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi onu da bildirib ki, Rusiya Ukrayna hərbçilərini millətçilərin rəhbərlik etdiyi Kiyev rejimini müdafiə etməməyə və silahı yerə qoymağa çağırır.
“Ukraynalı hərbçilərin millətçilərin rəhbərlik etdiyi faydasız Kiyev rejimini müdafiə etməkdən imtina etməsini qorxaqlıq deyil, yeganə düzgün addım hesab edirik. Bununla da onların hamısı canlarını qurtarıb. Biz Ukraynanın bütün hərbi qulluqçularını və ərazi müdafiə birləşmələrinin üzvlərini bu nümunəyə əməl etməyə və canlarını xilas etmək üçün düşünülməmiş müqaviməti dayandırmağa çağırırıq”.
O həmçinin vurğulayıb ki, "Rusiya silahlı qüvvələri öz növbəsində könüllü olaraq silahlarını yerə qoyan bütün Ukrayna hərbçilərinə və ərazi müdafiə birləşmələrinin üzvlərinə layiqli rəftar və ailələrinin yanına qayıtmağa zəmanət verir”.
Bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş hərbçilərinin öz həmkarlarını təslim olmağa çağırdığı və Rusiya Federasiyası Silahlı Qüvvələrindən onlara qarşı yaxşı münasibət göstərdiyi kadrları dəfələrlə dərc edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.