Lavrov: Qərb siyasətçiləri camaatı axmaq yerinə qoymaqla problemləri həll etmək istəyirlər

XİN başçısı bildirib ki, Rusiya və Türkiyə hərbçiləri bunu ən yaxşı necə edə biləcəkləri ilə bağlı razılığa gələ biləcəklər.
Sputnik
BAKI, 6 iyun — Sputnik. Əgər Ankara Ukrayna taxılının ixracı üçün limanlardakı suların təmizlənməsinə kömək etməyə hazırdırsa, o zaman Rusiya və Türkiyə hərbçiləri bunu ən yaxşı necə edə biləcəkləri ilə bağlı razılığa gələ biləcəklər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi onlayn mətbuat konfransında bildirib.
"Türkiyəli həmkarlarımız minatəmizləmə işində kömək etməyə hazır olduqlarını bildirdilər. Düşünürəm ki, hərbçilərimiz bunu ən yaxşı şəkildə necə təşkil etmək barədə razılığa gələcəklər ki, daha sonra təmizlənməli olan minalanmış sahələr vasitəsilə gəmilər açıq dənizə çıxsın. Bundan sonra biz özümüz və ya türk həmkarlarımızla birgə onları boğazlara və sonra Aralıq dənizinə çatdırmağa zəmanət veririk", - deyə Rusiya XİN başçısı qeyd edib.
Rusiya XİN rəhbəri iddia edir ki, Qərb siyasətçiləri artan daxili problemlərin fonunda camaatı axmaq yerinə qoymaqla öz problemlərini həll etmək istəyirlər.
"Onlar getdikcə daha çox həqiqətdən qorxurlar, getdikcə daha çox ekranları, sosial şəbəkələri, istənilən informasiya resurslarını dolduran hansısa uydurma, saxta reallığa qaçmağa çalışırlar. Seçicilərini aldatmaqla öz seçki tapşırıqlarını həll etmək istəyirlər", - deyə o bildirib.
Nazir qeyd edib ki, bu fonda Qərb ölkələri getdikcə daha çox daxildə problemlərlə üzləşirlər.
"Və təkcə ona görə deyil ki, onlar öz ölkələrindəki sosial-iqtisadi vəziyyəti çox ciddi çıxılmaz vəziyyətə salıblar, həm də ona görə ki, Avropada getdikcə daha çox ağıllı insanlar Rusiyadan niyə düşmən qazanmalı olduqlarını düşünməyə başlayıblar", - Lavrov açıqlayıb.
RUSİYA
Lavrov Çavuşoğlu ilə Qarabağ ətrafındakı mövcud vəziyyəti müzakirə edəcək