DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin bir qərarla ABŞ-ı silahsız qoya bilər - KİV

ABŞ senatorlarından biri Pentaqonun döyüş maşınları istehsalı ümün zəruri olan mineral ehtiyatlarının maksimum bir ilə bəs edəcəyini dilə gətirib.
Sputnik
BAKI, 6 iyun - Sputnik. Çin nadir torpaq minerallarının ABŞ-a tədarükünü dayandırmaq qərarına gəlsə, ABŞ ordusu silahsız qalacaq. Bu barədə RİA Novosti "Fox News"-a istinadən xəbər yayıb.
“Bu material olmasa, təyyarələr uçuşu dayandıracaq, tanklar dayanacaq və orduda rabitə problemləri yarana bilər”, - deyə telekanalın məlumatında deyilir.
KİV-in məlumatına görə, Çin dünyanın mineral ehtiyatlarının demək olar ki, 90 faizinə nəzarət edir. ABŞ-ın özündə isə bu ehtiyatların istehsalı və hasilatı sərt ekoloji qanunvericiliyə görə məhdudlaşdırılıb.
“Amerikanın F-35 qırıcıları, M1 Abrams tankları, yer-hava raketləri bu materiallardan hazırlanır. Pekinin nadir torpaq mineralları üzərində monopoliyası ABŞ-ın milli təhlükəsizliyini təhdid edir", - deyə nəşr yazır.
Mineral, arxiv şəkli
Öz növbəsində senator Tom Kotton xəbərdarlıq edib ki, Pentaqonun ehtiyatları maksimum bir ilə bəs edər.
Bundan əvvəl dövlət katibi Entoni Blinken ABŞ-ın Çini beynəlxalq nizama "ən ciddi uzunmüddətli çağırış" kimi nəzərdən keçirdiyini bildirib.
O həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar Tayvanın müstəqilliyini dəstəkləmir, eyni zamanda status-kvonun hər hansı birtərəfli dəyişikliyinə qarşı çıxır və adaya kifayət qədər müdafiə qabiliyyətini saxlamağa kömək etməkdə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.