BAKI, 6 iyun — Sputnik. Hollivudun əfsanəvi ulduzu, aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Dammla ailə həyatı quran pianoçu Suada Hacızadənin Bakıda dəmdəstgahlı xınası olub.
Restoranlardan birində baş tutan məclisdən görüntüləri "Renka" ləqəbi ilə məşhurlaşan, oriyental rəqslərin mahir ifaçısı Rəna Ağamuradova paylaşıb. Məşhur rəqqasə rəqs şousu ilə məclisə çoşqu və rəngarənglik qatıb.
Suada gecədə iki libas geyinib: bir milli, digəri isə ağ gəlinlik.
Xatırladaq ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki Baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.
Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. Əsasən caz janrında ifa edən musiqiçi, Prezident təqaüdçüsüdür. O, eyni zamanda VII Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. Bu il oktyabrın 24-də Suadanın 23 yaşı olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.