BAKI, 5 iyun - Sputnik. "Aİ-nin xarici xidmətinin rəhbəri Xosep Borrelin beynəlxalq bazarlarda taxıl qıtlığı problemini həll etmək üçün vicdanı kifayət etmir". TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, avropalı məmurun ərzaq böhranının günahını Rusiyanın üzərinə yıxmaq cəhdlərini belə şərh edib:
"Cənab Borrell, sizə taxıl lazımdır? Gəlin, alın və aparın. Sizə nə mane olur? Bunu etməyə sizə mane olan yeganə şey vicdan çatışmazlığıdır", - deyə XİN nümayəndəsi bazar günü Telegram kanalında yazıb.

Xatırladaq ki, bir müddət əvvəl Borrell Rusiyanın beynəlxalq taxıl ticarətindəki hər hansı çatışmazlıqlara görə bilavasitə məsuliyyət daşıdığını və təcavüzünü dayandırmaq əvəzinə, məsuliyyəti beynəlxalq sanksiyalara köçürməyə fəal çalışdığını dilə gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.