DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nigeriyada kilsəyə hücum nəticəsində onlarla insan həlak olub

Əhalinin təxminən 47 faizini təşkil edən xristianlar ölkənin cənubunda, 51 faizini təşkil edən müsəlmanlar isə şimalda və mərkəzi regionlarda yaşayırlar.
Sputnik
BAKI, 5 iyun - Sputnik. Bazar günü Nigeriyanın cənub-qərbində bir qrup silahlı Müqəddəs Fransisk katolik kilsəsinə hücum edib. Azərtac "Nigerian Tribune" qəzetinə istinadən xəbər verir ki, 50-dən çox insan hücumun qurbanı olub. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.
"Politics Nigeria" portalı isə öz növbəsində 85 nəfərin öldürüldüyü barədə xəbər yayıb. Həlak olanların sayına dair hələlik rəsmi məlumat daxil olmayıb.
Məlumata görə, səhər saatlarında kilsəyə soxulan beş nəfər silahlı şəxs ibadət edənlərə atəş açıb və keşişi tutmağa cəhd göstəriblər.
Keşiş müqavimət göstərdiyindən hücum edənlər ibadət otağına bomba atıblar.
Nigeriyada xristianlar əhalinin təxminən 47 faizini, müsəlmanlar isə 51 faizini təşkil edir. Xristianlar ölkənin cənubunda, müsəlmanlar şimalda və mərkəzi regionlarda yaşayırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.