SƏHİYYƏ

Astma, qəbzlik, ürək xəstəliklərinin bir nömrəli dərmanı – Ucuz və keyfiyyətli

Daha cavan, şəffaf, hamar dəriyə sahib olmaq üçün mütəxəssislər alma yeməyi tövsiyə edir
Sputnik
BAKI, 5 iyun — Sputnik. 7 min 500-dən artıq növü olan, B, A E vitamini ilə yanaşı C ilə zəngin olan alma müxtəlif xəstəliklər zamanı ən çox tövsiyə olunan meyvələrdən biri hesab edilir.
Belə ki, az kalorili olan bu meyvə həm də xərçənglə mübarizədə çox effektlidir.
Aparılan müxtəlif tədqiqatların nəticəsi onu göstərir ki, alma xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaqda ən azı 23 faizədək təsirə malikdir.
Bundan başqa, yaddaş güclənməsinə müsbət təsir edən alma həm də qan artırma funksiyasına malikdir. Bu səbəbdən də həkimlər anemiyadan əziyyət çəkənlərə bol alma yeməyi tövsiyə edirlər.
A vitamini ilə zəngin olan alma daha gərgin iş rejimində olan, görmə zəifliyi olanlar üçün də çox faydalıdır.
Almanın digər estetik təsirləri də var
Mütəxəssislər bildirir ki, daha çox alma yeməklə dəridə qırışların, ləkələrin yaranmasının qarşısını almaq mümkündür. Bu həm də dərinin daha cavan və şəffaf, canlı görünməsinə səbəb olacaq.
Antioksidant təsirə malik olan alma müxtəlif mədə xəstəliklərindən əziyyət çəkənlər üçün də çox faydalıdır. Bununla yanaşı, astma, qəbz, ürək və qan-damar sistemi xəstəlikləri zamanı da çoxlu alma yemək tövsiyə olunur.
Həkimlər almanı daha çox ac qarına yeməyi tövsiyə edirlər.
ELM
Pomidor şirəsinin faydaları və zərərləri barədə