ELM

Tesla sentyabrın 30-dək insanabənzər robotun prototipini təqdim edəcək

İlon Mask deyib ki, insanabənzər robot - Optimus, qlobal işçi çatışmazlığını həll edə biləcək.
Sputnik
BAKI, 4 iyun — Sputnik. Elektrik avtomobil istehsalçısının təsisçisi İlon Mask özünün Twitter səhifəsində şirkətin sentyabrın 30-dək insanabənzər robot Optimusu təqdim edəcəyi barədə yazıb.
"Tesla süni intellekt günü sentyabrın 30-na dəyişdirilib, çünki o vaxta qədər bizdə Optimusun prototipi peyda ola bilər " – deyə Mask qeyd edib.
Maskın bu mesajına da diqqət çəkən Bloomberg agentliyi, sahibkarın yanvar ayında iddia etdiyi kimi, Optimusun nəticədə qlobal işçi çatışmazlığını həll edəcəyinə, qısa bir müddətdə isə Tesla zavodunda əşyaları daşıya bilmək qabiliyyətinə malik ola biləcəyinə diqqət çəkir.
Qeyd edək ki, ön tenderdə Tesla səhmləri 1,06% bahalaşıb.
DÜNYA XƏBƏRLƏRİ
İlon Mask Bayden administrasiyasının fəaliyyətini tənqid edib