QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dörd yüzdən artıq xarici şirkət Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq istəyir

Yeddi yüzdən artıq yerli şirkət Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq istəyir
Sputnik
BAKI, 4 iyun - Sputnik. Qarabağda biznes fəaliyyəti göstərmək üçün 1 152 müraciət daxil olub.
Bu günə qədər Azərbaycanın işğaldan azad edilən ərazilərində biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 152 müraciət daxil olub.
Bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.
Məlumata görə, müraciətlərin 747-si yerli, 405-i xarici şirkətlərə məxsusdur.
CƏMİYYƏT
“Kəlbəcərin turizm inkişafı Konsepsiyası” hazırlanır