BAKI, 3 iyun — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov iyunun 6-7-də Serbiyaya səfər edəcək və bu ölkənin prezidenti Aleksandr Vuçiçlə danışıqlar aparacaq. Səfər haqqında Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Mariya Zaxarova bildirib ki, Rusiya XİN rəhbərinin Serbiya Respublikasına səfəri zamanı bu ölkənin prezidenti, xarici işlər naziri, Parlament sədri və Serbiya Patriarxı ilə danışıqlar aparması planlaşdırılır.
Rusiya XİN rəhbəri həmçinin iyunun 8-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.
Tərəflər Qərb tərəfindən Rusiyaya qarşı qeyri-qanuni sanksiyaların tətbiqi kontekstində ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Nazirlər həmçinin regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar. Xüsusilə Ukrayna və Qarabağ ətrafındakı mövcud vəziyyət nazirlər tərəfindən müzakirə ediləcək.
Sergey Lavrov Ankaradan sonra KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclaslarında iştirak etmək üçün iyunun 10-da Yerevana səfər edəcək.
Görüşdə ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın müzakirəsi, Balkan regionunda vəziyyət, eləcə də aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.