BAKI, 3 iyun — Sputnik. Vətəndaşlar "Yaşayış Yerinə Giriş İcazəsi" sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər.
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
Qurum rəsmisi bildirib ki, bu sənədi əldə etmək üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət edə bilərlər:
- Zona 1-İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, tel: (012) 492-24-27
-Zona 2- Mənzil-Kommunal və İstismar İdarəsi N4, tel: ( 012) 498-88-06
- Zona 3- Mənzil-Kommunal İstismar İdarəsi N58, tel: (012) 492-41-85".
T.Teymurov əlavə edib ki, "Yaşayış Yerinə Giriş İcazəsinin"paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi paytaxt sakinlərinə və regionlardan paytaxta gələn əhaliyə müraciət edib. DYP iyun ayının ilk 15 günü ərzində şəxsi avtomobillərdən maksimum dərəcədə az istifadə etməyi xahiş edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.