BAKI, 3 iyun - Sputnik. Cari ilin noyabrında Trans-Adriatik Boru Kəmərinin (TAP) imkanlarının genişləndirilməsinin birinci mərhələsi çərçivəsində öhdəlik yaradan təkliflərin toplanması üçün market-test keçiriləcək. Bu barədə TAP-ın icraçı direktoru Luka Sipati Bakı Enerji Forumunda bildirib. Onun sözlərinə görə, kəmərin genişləndirilməsi üçün bütün texniki imkanlar var.
Şipati qeyd edib ki, eyni zamanda, TAP infrastrukturu enerji səmərəliliyini artırmağa və yaşıl enerjiyə keçməyə hazırdır.
Öz növbəsində “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin baş direktoru Əfqan İsayev öz növbəsində qeyd edib ki, dəhliz boyu hidrogenin nəqli üçün potensial mövcuddur. Belə ki, Cənub Qaz Dəhlizinin “yaşıl” texnologiyalar sahəsinə keçirilməsi planlaşdırılır.
Hazırda Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini ildə 31 milyard kubmetrə qədər artırmaq imkanı var.xatırladaq ki, dünən dünyanın bir sıra ölkələrindən nazirlərin, enerji şirkətlərinin rəhbərlərinin və analitiklərin iştirakı ilə Azərbaycanda regionun əsas iqtisadi tədbirlərindən biri olan Bakı Enerji Forumu işə başlayıb.
Forumun son günü və möhtəşəm yekunu iyunun 4-də Şuşa şəhərində nəzərdə tutulub.
Bu il tədbirdə 20 ölkədən 400-dən çox nümayəndə iştirak edir. Proqrama 50 məruzəçinin 25 mövzusu daxil edilib.
Bakı Enerji Həftəsinin sponsorları SOCAR, bp, TPAO, Equinor, INPEX, PAŞA Bank, Tenaris, TotalEnergies, Uniper SE, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, Caspian Drilling Company, Caspian Marine Services, RussNeft və Tekfen Construction-dır.
Tədbirin məsləhətçi tərəfdaşı Ernst & Young-dır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.