AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sabah Moskvada Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək

Mustafayev, Overçuk və Qriqoryan 6 aylıq fasilədən sonra yenidən görüşəcəklər.
Sputnik
BAKI, 2 iyun - Sputnik. İyunun 3-də Moskvada regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək.
Bu barədə Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryanın ofisindən "news.am"a bildirilib.
Qeyd edək ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrup sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.
Azərbaycanı İşçi Qrupda Baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı RF Hökumətinin sədr müavini Aleksey Overçuk, Ermənistanı isə Baş nazirin müavini Mger Qriqoryan təmsil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Moskvada kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun görüşü olacaq - Rudenko