RUSİYA

Rusiya enerji resurslarını zərərlə satmayacaq - Peskov

Rusiya prezidentinin sözçüsü bildirib ki, logistik problemlər davam edir və bu da qlobal enerji bazarının sabitliyinin pozulmasına gətirib çıxarır.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Rusiya enerji resurslarını zərərlə satmayacaq. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
"Bunlar iqtisadi məsələlərdir, lakin orada logistik problemlər hələ də davam edir. Bu da qlobal enerji bazarının sabitliyinin pozulmasına gətirib çıxarır. Ona görə də, istənilən halda, sanksiyaların doğurduğu süni çətinliklərə baxmayaraq, hər şey bazar tərəfindən tənzimlənir. Təbii ki, Rusiya heç nəyi zərərlə satmayacaq, istənilən halda hardasa tələbat azalıbsa, hardasa artırsa, axınların istiqamətinin dəyişdirilməsi, ən əlverişli şərtlərin axtarışı meydana çıxır", - deyə o, ABŞ prezidenti Co Baydenin Rusiyadan mümkün yanacaq alışı ilə bağlı bəyanatını şərh edərkən bildirib.
Aİ liderləri altıncı sanksiyalar paketi, o cümlədən, Rusiyadan neft idxalına tədricən embarqonun tətbiqi ilə bağlı siyasi razılığa gəliblər. Qadağa yalnız dəniz yolu ilə çatdırılmalara təsir edəcək və "Drujba" kəməri ilə gələn neftə məhdudiyyətlər qoyulmur. Buna baxmayaraq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, ilin sonuna qədər Aİ-nin Rusiya neft idxalının demək olar ki, 90%-dən imtina edəcəyini gözləyir.
Bundan əlavə ABŞ Prezidenti Bayden bildirib ki, Qərb Rusiya neftini idxal etməkdən imtina etmək əvəzinə onu bazar qiymətlərindən aşağı almaq imkanını müzakirə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NEFT-QAZ
Macarıstan Azərbaycandan enerji ehtiyatlarını tədarük etməkdə maraqlıdır