BAKI, 1 iyun — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar artaraq 127,48 dollar olub.
London birjasında “Brent” markalı neftin qiyməti 1,17 dollar artaraq 122,84 dollar, Nyu-York birjasında “Light” markalı neftin qiyməti isə 0,67 dollar bahalaşaraq 115,34 dollar olub.
Qeyd edək ki, neft bazarında diqqətlər sabah keçiriləcək OPEC+ toplantısına çevrilib. Toplantı öncəsi dünya bazarlarında neft bahalaşıb.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.