DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Marin Le Penin fransızlara fəlakət xəbərdarlığı: bu, əsl dram olacaq

Keçmiş prezidentliyə namizəd bildirib ki, Rusiya neft sənayesinə qarşı sanksiyalar fransızların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq.
Sputnik
BAKI, 1 iyun — Sputnik. Aİ-nin Rusiya neft sənayesinə qarşı sanksiyaları fransızlar və ilk növbədə onların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq. Bunu Fransanın Milli Birlik partiyasından keçmiş prezidentliyə namizəd Marin Le Pen "France 2" telekanalının efirində deyib.
"Bu qərar fransızların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq. Bu, əsl dram olacaq, çünki o, yanacağın, qazın və elektrik enerjisinin bahalaşmasının üzərinə qoyulub", - Le Pen bildirib.
Aparıcının Rusiya yanacağını almaqdan imtina etməklə, Avropa ölkələrinin Rusiyanı Ukraynada xüsusi əməliyyat üçün istifadə oluna biləcək milyonlarla avrodan məhrum etmələri barədə bəyanatına cavab olaraq siyasətçi qeyd edib ki, Moskva yenə də neft və neft məhsullarını satacaq, sadəcə olaraq digər ölkələrə. Eyni zamanda, o, Avropanın digər ölkələrlə əlavə xammal tədarükü barədə razılığa gəlməmiş sanksiyaların tətbiqi qərarını tənqid edib.
"Bu seçim fransızların alıcılıq qabiliyyətini qurban verir. Ayın sonuna qədər pulu olmayan, uşaqları üçün uşaq bezlərindən imtina edən, gigiyena məhsulları almayan ailələr var", - Le Pen deyib.
Aİ ölkələrinin dövlət və hökumət başçıları bazar ertəsi günü Rusiyaya qarşı sanksiyaların altıncı paketini razılaşdırıblar. O cümlədən, Rusiya neftinin idxalına qismən embarqo qoyulub və Rusiyanın ən böyük bankı olan Sberbank "SWIFT"dən (valyuta transferi bankı) çıxarılıb.
Neft alışına qadağa sanksiyaların tətbiqindən 6 ay sonra, neft məhsullarının idxalına isə 8 aydan sonra qüvvəyə minəcək. Embarqo tankerlərin tədarükünə təsir edəcək və "Drujba" neft kəmərinə təsir etməyəcək. "Transneft"in məlumatına görə, 2021-ci ildə "Drujba" vasitəsilə MDB-dən kənar ölkələrə neft ixracı 35,9 milyon ton təşkil edib.
RUSİYA
Putin Almaniya və Fransa liderləri ilə Ukrayna münaqişəsini müzakirə edib