RUSİYA

Kiyev həddini aşır - Lavrov üçüncü ölkələrin münaqişəyə cəlbi risklərini anladıb

Lavrov Cozef Borrelin Avropa İttifaqının hərbi birliyə çevrilməli olduğu barədə dediklərini şərh edərkən bildirib ki, bu, söz oyunudur, amma od olmasa, tüstü çıxmaz.
Sputnik
BAKI, 1 iyun - Sputnik. Üçüncü ölkələrin Ukraynadakı münaqişəyə cəlb olunması riskləri mövcuddur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. O qeyd edib ki, Kiyev Amerikanın reaktiv yaylım atəşi sistemlərini alacağı təqdirdə, üçüncü ölkələrin münaqişəyə cəlb olunması riskləri var.
"Ukraynanın Qərbdən yaylım atəşi sistemlərini alması üçüncü ölkələrin münaqişəyə cəlb olunması riskini yaradır", - Lavrov deyib. O əlavə edib ki, Kiyev Qərbdən silah tələblərində həddini aşır.
XİN başçısının sözlərinə görə, Rusiya ABŞ-dan Ukraynaya silah tədarükünün dəyərləndirilməsində dərrakəli məqamlar müşahidə edir.
Lavrov Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Avropa İttifaqının hərbi birliyə çevrilməli olduğu barədə dediklərini də şərh edib:
"Avropa İttifaqının hərbi birliyə çevrilməli olduğu barədə Cozef Borrelin açıqlaması ehtimal ki, söz oyunudur. Amma od olmasa tüstü çıxmaz".
Lavrov kansler Olaf Şoltsun Almaniyanın “Aİ-nın əsas hərbi gücü” olacağı barədə açıqlamasına dair deyib ki, bu, Berlində dominantlıq meyllərinin baş qaldırmasını göstərir.
Rusiya XİN başçısı Türkiyənin Ukrayna limanlarının minalardan təmizlənməsində kömək etməyə çalışacağını bildirib.
Taxıl ixracı ilə bağlı problemlərə toxunan XİN başçısı deyib ki, bazarların buğda ilə dayanıqlı təminatı məsələsində Rusiyanın problemi yoxdur. Rusiya buğdasının ixracında əsas məsələ onu daşıyan gəmilərin sanksiya altına düşməsidir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Şolts Rusiyaya qarşı sanksiyaların ləğvinə dair şərtləri açıqlayıb