SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə ilə dərman sənayemizi birləşdirək - deputatdan təklif

Fazil Mustafa Azərbaycanda dərman sənayesi ilə bağlı problemlərdən danışarkən onkoloji xəstəlikləri də icbari tibbi sığortaya daxil etməyə çağırıb.
Sputnik
BAKI, 31 may - Sputnik. Azərbaycanda dərman sənayesi ilə bağlı problemlər var. Azərbaycan və Türkiyəyə bir millət, iki dövlət deyilir. Bəlkə dərman sənayemizi də birləşdirək? Bir millət, bir dərman, iki dövlət olaq.
Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində deyib.
Deput əlavə edib ki, bu gün biz onkoloji xəstəlikləri də icbari tibbi sığorta ilə əhatə etməliyik: "Heç olmasa pulu olmayan vətəndaşlar icbari tibbi sığorta çərçivəsində müalicə oluna bilsin. Əhalimiz burada zülm çəkir. Hamının Türkiyədə, Almaniyada müalicə almağa pulu yoxdur".
Qeyd edək ki, bu gün Milli Məclisdə 2021-ci il dövlət büdcəsinin icrası müakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qanun layihəsini parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Milli Məclis ötən ilin büdcəsinin icrasını qənaətbəxş hesab edib