BAKI, 31 may — Sputnik. Dövlət müəssisələri adambaşı maliyyələşməyə keçdikdən sonra adambaşı maliyyələşməyə düşən vəsait özəl sektora yönləndirilə bilər. Bu, müəyyən mənada pilləli islahatdır. Biz hələ də ümumtəhsil müəssisələrində adambaşı maliyyələşməyə keçməmişik.
Təhsil naziri Emin Əmrullayev "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı belə deyib. O bildirib ki, Azərbaycanın 4400 məktəbdən 2000-dən çoxunda şagird sayı 200 nəfərdən azdır:
"Yəni, şərti olaraq şagird sıxlığı aşağı olan məktəblərdə adambaşına düşən vəsait daha çoxdur. Məsələn, bu gün ən az şagird sıxlığı olan Daşkəsən rayonunda bir uşağa görə daha çox pul xərclənir. Çünki orada hər sinifdə cəmi 3-5 şagird təhsil alır. Lakin müəllimlər ölkə üzrə mövcud olan eyni maaş sistemi ilə əməkhaqqı alır".
"Yəni adambaşı maliyyələşməyə keçid özü-özlüyündə rasionallaşdırma tələb edir. Bu da asan islahat deyil", - E.Əmrullayev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.