RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya bu halda gəmilərin Aralıq dənizinə maneəsiz keçidini təmin edəcək - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya öz növbəsində ərzaq təhlükəsizliyi probleminin həlli üçün hər şeyi edib.
Sputnik
BAKI, 31 may — Sputnik. Ukrayna öz ərazi sularında minalardan təmizləmə problemini həll edərsə, Rusiya Hərbi Dəniz Donanması Ukraynanın taxıl gəmilərinin maneəsiz keçidini təmin edəcək. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Onlar Ukrayna taxılının gəmilərlə sərbəst ixracına zəmanət verən Rusiya tərəfinin bir aydan artıqdır gördüyü tədbirlərdən danışırlar. Amma bunun üçün Ukraynalıların öz sahil sularını təmizləməsi lazımdır", - deyə o bildirib.

"Əgər bu minatəmizləmə problemi həll olunarsa, o zaman açıq dənizlərdə Rusiyanın Hərbi Dəniz Qüvvələri bu gəmilərin Aralıq dənizinə maneəsiz keçidini təmin edəcək. Biz artıq həftələrdir ki, bundan narahat olan Qərbli həmkarlarımızın diqqətini buna çəkirik", - deyə o vurğulayıb.
Nazir diqqəti ona yönəldib ki, Rusiya öz növbəsində ərzaq təhlükəsizliyi probleminin həlli üçün hər şeyi edib. "Hazırda ərzaq təhlükəsizliyi mövzusunda səslənən təşəbbüslər nəzərə alınmalıdır. Rusiya tərəfi olaraq bizdən asılı olan hər şeyə çoxdan zəmanət vermişik. Amma Rusiya gəmiləri üçün limanlarının bağlanması, logistika və maliyyə zəncirlərinin sıxışdırılması ilə xeyli süni problemlər yaradan Qərb ölkələri, təbii ki, onlar üçün nəyin daha vacib olduğunu ciddi şəkildə düşünməlidirlər", - deyə Lavrov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.