İDMAN

"Qarabağ" Avropanın çempion klubları arasında ilk beşliyə düşüb

Mövsümü 69 xalla başa vuran "Qarabağ" bu göstəriciyə görə Yunanıstan "Olimpiakos"u ilə birlikdə 4-5-ci yerləri bölüşdürür.
Sputnik
BAKI, 31 may — Sputnik. Avropa ölkələrində ən yaxın izləyicisindən daha çox fərqlə çempion olan futbol klublarının adları açıqlanıb.
"Sport-fm" nəşrinin araşdırmasına əsasən, ilk "5-lik"də Azərbaycan çempionu "Qarabağ" da yer alıb. "Report"un nəşrə istinadən verdiyi xəbərə görə, mövsümü 69 xalla başa vuran və gümüş medalçı "Neftçi"ni 19 xal qabaqlayan "köhlən atlar" bu göstəriciyə görə Yunanıstan "Olimpiakos"u ilə birlikdə 4-5-ci yerləri bölüşdürür.
Afina təmsilçisi 83, onun ən yaxın rəqibi PAOK isə 64 xal toplayıb.
İlk pillədə Bosniya və Herseqovinanın "Zrinski" klubu yer alıb. 84 xala malik olan ölkə çempionu "Tuzla City"ni 27 xal qabaqlayıb.
İkinci sırada Avstriya "Zaltsburq"u (+25), üçüncü yerdə isə Bolqarıstan "Lüdoqorets"i (+21) qərarlaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.