BAKI, 31 may-Sputnik. Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.
Spiker Sahibə Qafarova Milli Məclisin yaz sessiyasını bağlı elan edib.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Milli Məclisin yaz sessiyası işini yekunlaşdırıb.
Spiker bildirib ki, parlamentin yaz sessiyası dövründə deputatlar 28 ölkəyə 50-dən çox səfər həyata keçiriblər, bu səfərlərdə 95 deputat iştirak edib. Milli Məclisin yaz sessiyası çərçivəsində 13 plenar iclas keçirilib, 70 qanun və qərar qəbul edilib.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.