AZƏRBAYCAN XƏBƏRLƏRİ

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilib

Deputatlar iqtisadçılar Rəşad Orucov və Əliyar Məmmədyarovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsini dəstəkləyiblər.
Sputnik
BAKI, 31 may-Sputnik. Parlamentdə "Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında" Milli Məclisin qərar layihəsinə baxılıb.
Layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilib. Hər iki namizəd iqtisadçıdır.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.
Mərkəzi Bankın üzvləri 7 nəfərdən ibarətdir. Hər 5 ildən bir üzvlərin seçilməsinə baxılır.
Mərkəzi Banka yeni sədrin təyin edilməsinin ardınca qurumun İdarə Heyətinin yenidən formalaşdırılacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Bu gün Milli Məclisdə dövlət büdcəsinin necə icra edildiyi müzakirəyə çıxarılacaq