HADİSƏ

İyunun əvvəllərində ölkə ərazisində sabit hava şəraiti müşahidə ediləcək

Bakıda və Abşeron yarımadasında 28-33°, Mərkəzi Aran rayonlarında 30-35°, dağlıq rayonlarda isə 18-23° isti olacaq.
Sputnik
BAKI, 30 may - Sputnik. İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti sabit, əksər rayonlarda yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Cənub istiqamətli külək əsəcək.
Havanın temperaturu günü-gündən yüksələrək, Bakıda və Abşeron yarımadasında 28-33°, Mərkəzi Aran rayonlarında 30-35°, dağlıq rayonlarda isə 18-23° isti olacaq.
CƏMİYYƏT
Yaz nəhayət ki, gəlir - Sabahın hava proqnozu