İDMAN

UEFA Millətlər Liqasında meydana çıxacaq Azərbaycan millisinin heyəti açıqlanıb

İtaliya millisinin baş məşqçisi Gianni De Byazi iyunda keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunlarına 26 futbolçu cəlb edib.
Sputnik
BAKI, 30 may - Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının məşqçilər korpusu UEFA Millətlər Liqasının qrup mərhələsinin iyun ayında keçiriləcək oyunları üçün heyəti açıqlayıb. Liqanın “C” divizionunun üçüncü qrupunun oyunlarının ilk yarısı üçün yığmanın heyətində 26 futbolçu yer alıb. Onların arasında ölkənin aparıcı hücumçusu, Xorvatiyanın yeni çempionu Mahir Əmrəli də var.
Futbol üzrə Azərbaycan milli komandasının qarşıdakı iyun oyunları üçün heyəti belədir:
Qapıçılar: Səlahət Ağayev (Sabah), Emil Balayev (Turan, Qazaxıstan), Şahrudin Məhəmmədəliyev
(Qarabağ);
Müdafiəçilər: Bədavi Hüseynov (Qarabağ), Maksim Medvedev (Qarabağ), Toral Bayramov (Qarabağ), Bəhlul Mustafazadə (Qarabağ), Abbas Hüseynov (Qarabağ), Qismət Alıyev (Zirə), Cəlal Hüseynov (Zirə), Höccət Haqqverdi (Sumqayıt), Anton Krivotsyuk (Visla, Polşa), Azər Salahlı (Neftçi), Bəxtiyar Həsənalızadə (Sabah);
Yarımmüdafiəçilər: Riçard Almeyda (Qarabağ), Qara Qarayev (Qarabağ), Coşqun Diniyev (Zirə), Eddi İsrafilov (Neftçi), Emin Mahmudov (Neftçi), Aleksey İsayev (Sabah), Anatoli Nuriyev (Sumqayıt);
Hücumçular: Ramil Şeydayev (Qarabağ), Dmitri Nazarov (Erzgebirge Aue, Almaniya), Namik Ələskərov (Bursaspor, Türkiyə), Renat Dadaşov (Tondela, Portuqaliya), Mahir Emreli (Dinamo, Xorvatiya).
Xatırladaq ki, Canni De Biazi ilk oyunu iyunun 3-də səfərdə Qazaxıstan komandasına qarşı keçirəcək.
Daha sonra komanda iyunun 6-da Belarus millisi ilə də səfərdə oynayacaq. Ukraynadakı hadisələrlə əlaqədar görüş Minskdə deyil, Serbiyanın Novi Sad şəhərində keçiriləcək.
Daha sonra millimiz Bakıda Slovakiya (10 iyun) və Belarus (13 iyun) yığmalarına qarşı iki oyun keçirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.