İDMAN

“Formula 1” üzrə Monako Qran-prisində qəza olub, yarış dayanıb

Qəza nəticəsində əlil olmuş Mixael Şumaxerin oğlu Mik də qəza keçirib, lakin xoşbəxtlikdən xəsarət almayıb.
Sputnik
BAKI, 29 may - Sputnik. Tanınmış pilot Mixael Şumaxerin oğlu, almaniyalı yarışçı Mik Şumaxer Monakoda keçirilən “Formula 1” yarışının növbəti mərhələsi zamanı qəza keçirib.
APA xəbər verir ki, pilot avtomobilini beton səddə çırpıb.
Pilotun özü xoşbəxtlikdən xəsarət almasa da avtomobili iki yerə parçalanıb.
Dərhal trasa təhlükəsizlik maşını daxil olub və yarış dayandırılıb.
Xatırladaq ki, bu yeddiqat çempion Mixael Şumaxerin 23 yaşlı oğlu Mik Şumaxerin “Formula 1”-də ikinci mövsümüdür.
PAYTAXT XƏBƏRLƏRİ
Formula 1: Bu andan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılır