SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara, iki qardaşı kim ayıra bilər?!

Ərdoğan Azərbaycan və Türkiyə haqqında deyib ki, "biz kədəri də, sevinci də bir olan, sözdə yox, əməldə qardaş olan iki dövlətik".
Sputnik
BAKI, 28 may - Sputnik. “Əziz qardaşım, dəyərli qonaqlar, sizi salamlayıram. Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
“Müstəqillik gününüzü ürəkdən təbrik edirəm. Qəhrəmanlarımızı rəhmət və hörmətlə anıram. Allah onların ruhlarını şad, məkanlarını cənnət eləsin. Şəhidimiz Xudayarın (Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə nəzərdə tutulur - red.) türkü söylədiyi diyarlara, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgimi göndərirəm", - Ərdoğan deyib.
Türkiyə Prezidenti əzəli qardaşlığımızın daimi olması üçün dua edərək deyib:
"Diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edirik. Birlik və bərabərliyimizi daha da gücləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl başlasa da, ortaq taleyimizin tarixi qədimdir".
"Biz kədəri də, sevinci də bir olan, sözdə yox, əməldə qardaş olan iki dövlətik", - o, əlavə edib.
Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Türkiyə kimi Azərbaycan da onların vətənidir:
"Doğulduğumuz yerlər kimi bura da bizim yurdumuzdur. Türkiyənin hər qarışı da sizin vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!".
SİYASƏT
Türkiyə-Azərbaycan qardaşlığı təhlükəsizlik, güvən və sabitlik faktorudur - İlham Əliyev