CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ankara və Tbilisidən Azərbaycana bayram jesti

28 May - Müstəqillik Günü münasibətilə Ankaranın simvollarından olan Atakule qülləsi, Tbilisidə Kür çayı üzərindəki Sülh körpüsü və teleqüllə Azərbaycan milli bayrağının rənglərinə boyanıb.
Sputnik
BAKI, 28 may - Sputnik. 28 May - Müstəqillik Günü münasibətilə Ankaranın simvollarından olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.
Qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları əks olunub, həmçinin türk və ingilis dillərində “Azərbaycan Müstəqillik Günün mübarək olsun” sözləri yazılıb.
Azərbaycanın Müstəqillik günü münasibətilə əlaqədar Tbilisidə Kür çayı üzərindəki Sülh körpüsü və teleqüllə Azərbaycan milli bayrağının rənglərində işiqlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycanın müstəqillik qazanmasından 106 il keçir